Məzmuna keç

Xidmətlər

Alətdən deyil, problemdən başlayan biznes həlləri.

Bizneslərə inkişaf maneələrini müəyyənləşdirmək, kommersiya və əməliyyat proseslərini təkmilləşdirmək, datadan daha effektiv istifadə etmək və texnologiyanı praktik dəyər yaratdığı yerdə tətbiq etməkdə kömək edirəm.

Fərqli simptomlar eyni biznes problemindən yarana bilər.

Satışların azalması, xərclərin artması, qeyri-effektiv proseslər və zəif hesabat çox vaxt ayrı problemlər kimi həll edilir. Praktikada onlar bir-biri ilə əlaqəli ola bilər. Yanaşmam həll təklif etməzdən əvvəl biznesi sistem kimi anlamaqdan başlayır.

01 — Biznes Strategiyası və İnkişaf

Mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf imkanları, mövqeləndirmə, biznes modeli, bazar imkanları və inkişaf yol xəritəsi.

02 — Satış və Marketinq Strategiyası

Satış prosesinin təhlili, kommersiya təklifi, customer journey, marketinq istiqaməti və satışın təkmilləşdirilməsi planı.

03 — Biznes Proseslərinin Təkmilləşdirilməsi

Proses xəritəsi, workflow redesign, hesabat strukturu, KPI çərçivəsi və əməliyyat tövsiyələri.

04 — Biznes Analitikası

Performans və xərc təhlili, idarəetmə hesabatı, dashboard konsepti və qərarverməni dəstəkləyən metrikalar.

05 — AI & Business Automation

Automation assessment, workflow automation, AI-assisted processes, reporting automation və lightweight internal tools.

Texnologiya yalnız biznes problemini həll etdiyi halda həllin bir hissəsidir.

Başlanğıc sual “Hansı AI alətindən istifadə edək?” və ya “Hansı CRM quraşdıraq?” deyil. Başlanğıc nöqtəsi biznes problemi, proses və gözlənilən nəticədir.

Hansı xidmətin uyğun olduğuna əmin deyilsiniz?

Əlaqə saxlamazdan əvvəl həlli müəyyən etməyə ehtiyac yoxdur. Biznes problemindən başlayın.

Biznesinizi müzakirə edək